Əsas Səhifə > Dünya > “Günəş sistemində yalnız Yerdə yaşayış mümkündür”
“Günəş sistemində yalnız Yerdə yaşayış mümkündür”28-08-2022, 22:48 |
Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun İnsanlı Kosmos Uçuşlarının Radiasiya Təhlükəsizliyi Şöbəsinin müdiri, alim Vyaçeslav Şurşakov Yer kürəsindən kənarda həyatın olub-olmaması ilə bağlı maraqlı açıqlama verib.O bildirib ki, bəşəriyyət Ay və Marsda yüksək radiasiya və qalaktik radiasiyaya görə sağ qala, yaşaya bilməz. Şəffaflıq.az xəbər verir ki, alimin fikrincə, insanın yaşaya bilməsi üçün "Yerdən başqa uyğun yer yoxdur"… “Günəş sistemində radiasiya baxımından Yerdən başqa bəşəriyyətin həyatı üçün münasib ərazi yoxdur. Yer bizim kosmik gəmimizdir. Bizim atmosferimiz və onu günəş partlayışlarından və qalaktik radiasiyadan qoruyan maqnit sahəsi var. Marsda radiasiya dozası Aydan 1,5 dəfə azdır. Marsda və Ayda insan sağlamlığına mənfi təsir göstərən qalaktik kosmik şüalanma var”,- deyə alim qeyd edib. Mütəxəssis bildirib ki, radiasiya canlıların sağlamlığı üçün ciddi təhlükə hesab edilir. Hətta kosmik şüaların Yerə yaxınlaşma ehtimalı radiasiya panikasına səbəb olur. Xatırladaq ki, radiasiya enerji ötürülməsi və ya emissiya kimi tanınır. Bu hərəkət hissəciklər şəklində baş verir. Radioaktiv materialların əmələ gətirdiyi və əks etdirdiyi bütün alfa, beta və qamma şüalarını radiasiya adlandırmaq olar. Radiasiya əsrlər boyu mövcud olub, lakin o 1896-cı ildə Fransa fiziki tərəfindən kəşf edilib. Bekkerel adlı fizik uran duzu üzərində apardığı araşdırmalar nəticəsində bu duzun şüa yaydığını müəyyən edib. İki il sonra aparılan araşdırmalarda Mari Küri və Pyer Küri də bunun mümkün olduğunu müəyyən ediblər. Radiasiya DNK parçalanmasının ən əhəmiyyətli səbəblərindən biridir və ağır xəstəliklər riskini artırma gücünə malikdir. Geri qayıt |