Əsas Səhifə > Elm Təhsil / İdman > Azərbaycan məktəblisinin idmanda ilkin uğurları

Azərbaycan məktəblisinin idmanda ilkin uğurları


26-08-2022, 21:59



Azərbaycanda İdman sahəsinə olan maraq və əldə edilmiş uğurlar hər il artmaqda davam edir. Belə nailiyyətlərdən biri də 5-ci sinfi yenicə bitirmiş şagirdin 1-ci yer qalib diplomudur. 

Sonayeva Ayan Ədalət qızı 10 mart 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 2017-ci ildə Bakı şəhərində 271 saylı tam orta məktəbinin 1-ci sinfinə getmiş və hal-hazırda həmin məktəbin 5-ci sinfini bitirmişdir. 

05 iyul 2022-ci il tarixdən etibarən o, Neftçilər Klubunda İlham Haqverdiyevin rəhbərliyi altında məşqlərə başlamışdır. 25 avqust 2022-ci ildə Sərhədçi İdman Kompleksində Milli Olimpiya Kompleksinin 30 illik yubileyinə həsr olunmuş Jiu-Jitsu Federasiyasının təşkil etdiyi turnirdə Ayan Sonayeva 1-ci yerə layiq görülmüşdür. 

Biz Şəffaflıq qəzetinin redaksiyası kollektivi adından Ayan Sonayevanı bu qələbə münasibətilə təbrik edir və gələcəkdə seçdiyi idman və təhsil sahələrində ona yeni-yeni uğurlar arzulayırıq. 

Şəffaflıq.az



Geri qayıt