Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Hadisələri sakit qəbul etməyə çalışın.
Günün qoroskopu: Hadisələri sakit qəbul etməyə çalışın.26-08-2022, 00:18 |
Qoç - Hadisələrin axarını dəyişmək üçün cəhd göstərməsəniz, gününüz cansıxıcı, maraqsız və boz keçəcək. Həyatınıza müxtəliflik qatmaq şanslarınız var, bunun üçün bir qədər fantaziya və aktivlik tələb olunur. Buğa - Gərgin və yorucu gündür. Xeyli qayğılarınız və həyəcanlanmaq üçün səbəbləriniz peyda olacaq. Müxtəlif problemləri həll etməli, başqalarının etdikləri səhvləri düzəltməli, əslində biganə olduğunuz insanlar üçün dəridən-qabıqdan çıxmalı olacaqsınız. Əkizlər - Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq. Sizdən tələb olunan - taleyin hədiyyələrindən yararlanmaqdır. İstnilən yeni layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Hətta onların uğuruna inanmasanız belə, nəticə sizi kədərləndirməyəcək. Xərçəng - Lap azacıq səy göstərsəniz, möhtəşəm nailiyyətlər qazana bilərsiniz. Əlinizə düşən fürsətdən son zamanlar fikirlərinizi məşğul edən ideyanı gerçəkləşdirmək üçün istifadə edin. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın. Şir - Gün istədiyiniz kimi yaxşı alınmır. Bəzi Şirlərin ümidləri alt-üst olacaq, bəziləri isə taleyin oyunlarına əməlli-başlı hirslənəcəklər. Hər şeyi düzəltmək şansınız var: bunun üçün şəraitə nəzarəti ələ almaq lazımdır. Özünüzə yazığınız gəlməyi bir tərəfə buraxıb, yubanmadan hərəkətə keçsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Qız - Dünənki kimi yaxşı gün deyil, amma bir qədər ağlınızı işə salsanız, bu da pis keçməyəcək. İntuisiyanıza güvənin, eksperimentlərdən çəkinməyin. Həyatınızda çox yeni və hərtərəfli gözəl bir dəyişiklik edə bilərsiniz - buna azacıq cəhd edin. Tərəzi - Bəxtiniz gətirmir. Gününüz uğursuz başlayır. Bəzi Tərəzilər elə fikirləşirlər ki, heç bir şey bacarmırlar və həmin dəqiqədən etibarən işləri korlanır. Amma nikbin olanlar neqativ tendensiyaların təsirindən qurtula və günün birmənalı olmayan hadisələrindən öz xeyirlərinə istifadə edə bilirlər. Əqrəb - Hadisələrin ləngliyi sizi əsəbləşdirir, hərəkət etmək əvəzinə, tez-tez gözləməli olursunuz. Özünüz də tələsir, başqalarını da tələsdirirsiniz, bu zaman səhvlərinizi görmürsünüz. Sonra bunların fərqinə varanda onları aradan qaldırmağa ikiqat çox vaxt sərf edirsiniz. Oxatan - Uğurlu gündür. Xeyli sevincli anlar yaşayacaqsınız. Yaxşılığa doğru dəyişiklikləri görmək çətin deyil. İstənilən yeni layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Əgər bu sahədə bilikləriniz kifayət etmirsə, narahat olmayın, intuisiyanız sizə doğru yolu göstərəcək. Oğlaq - İstənilən yeni layihəniz uğurlu olacaq. Bu gün çevik olmaq, tənbəllik etməmək lazımdır. Əgər ilk cəhddən heç nə alınmırsa, qarşınıza qoyduğunuz məqsəddən çəkinməyin. İnadınız və ağlınız sayəsində bu gün möhtəşəm nəticələr əldə edə bilərsiniz. Balıqlar - Hadisələri sakit qəbul etməyə çalışın. Əgər özünüz axtarmasanız, heç bir çətinliyiniz olmayacaq. Günün ikinci yarısı mürəkkəb bir şəraitə düşə bilərsiniz, amma burada yaxın adamınız köməyinizə gələcək, rahat nəfəs ala biləcəksiniz. Geri qayıt |