Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə inşa ediləcək Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə inşa ediləcək Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub24-08-2022, 17:07 |
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Şəffaflıq.az-ın xəbərinə görə, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verib. Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, mən istərdim ki, bina tikənlərin ən böyüyü olmasa da, ən böyüklərindən birini – “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayevi təqdim edim. Məhz o, bizim tapşırığımızla bu çox mühüm layihəni icra edəcək. Prezident İlham Əliyev: Sağ olun. Aydın Raximbayev: Hörmətli İlham Heydər oğlu, hörmətli Kasım-Jomart Kemeleviç, icazə verin, layihəni Sizə təqdim edim. Bu layihəni - Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya... Geri qayıt |