Əsas Səhifə > Hadisə > Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədidə ağır qəza - Ölən var


22-08-2022, 20:04



Bu gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, rayonun Şahsevən kəndində “QazEl” markalı yük maşını ilə “Vaz 2121-Niva” markalı minik avtomobili toqquşub.

Nəticədə 1958 təvəllüdlü Araz Qədirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri qayıt