Əsas Səhifə > Maraqlı > Dövlət Gömrük Komitəsi “Elektron növbə” xidmətini təqdim edib

Dövlət Gömrük Komitəsi “Elektron növbə” xidmətini təqdim edib


10-09-2019, 20:43

 


“Hər 3 xidmət pulludur”

“Bu gün eGov Mərkəzində VXSI Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.Toplantıda Dövlət Gömrük Komitəsi yeni hazırladığı “Elektron növbə” xidmətini təqdim edib. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O. Gündüz nəzərə çatdırıb ki, xidmət əsasən üç hissədən ibarətdir :

“1. Elektron növbə

2. Sürətli keçid

3. CİP”

Elektron növbə qabaqcadan onlayn növbə götürməklə, sadəcə sərhəd-keçid zonasına girişi nəzərdə tutur.

Sürətli keçid isə hər hansı növbə gözləmədən girişi və növbə gözləmədən bütün sənədləşmə poseduralarının keçirilməsi və avtomobilin də növbədənkənar, qabaqcadan müəyyən olunan vaxtda keçməsini nəzərdə tutur.

CİP xidmətini seçməklə sərhəddən keçməzdən öncə yeyib-içmək də sifariş edə bilərsiz”.

“Ödəniş üçün tələb olunan məbləğlər ətrafında ciddi müzakirələr aparılıb”

O. Gündüz onu da vurğulayıb ki, hər 3 xidmət pulludur: “İctimai Şuranın toplantısında xidmətin detalları, ödəniş üçün tələb olunan məbləğlər ətrafında ciddi müzakirələr aparılıb və təkliflər verilib”.

Şəffaflıq.az
Geri qayıt