Əsas Səhifə > Dünya > “ABŞ Türkiyəyə qarşı döyüşən terrorçulara 50 min TIR silah-sursat göndərdi” - ƏRDOĞAN

“ABŞ Türkiyəyə qarşı döyüşən terrorçulara 50 min TIR silah-sursat göndərdi” - ƏRDOĞAN


10-09-2019, 20:41

 


Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın ticarət naziri Vilbur Rossun başçılıq elədiyi heyəti qəbul edib.

Türkiyə prezidenti NATO müttəfiqinin YPG/PKK terrorçularına yardım eləməsini qınayıb.

Ərdoğan deyib: “Amerikadan terrorla mübarizəmizə və qaçqınların dinc şəkildə evilərinə qayıda biləcəkləri təhlükəsizlik bölgə yaratmaq səyimizə dəstək olmalarını gözləyirik. Hazırda ABŞ-ın terrorçu qruplaşmalara 50 min ədədə yaxın TIR ilə silah-sursat, yardım göstərməsi bizi ciddi şəkildə narahat eləməkdədir. Bu qədər silah-sursatdan kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Bunu qəbul eləməyimiz strateji olaraq mümkün deyil”.
Geri qayıt