Əsas Səhifə > XARİCİ XƏBƏR / Dünya > Avropa bankları Rusiya istiqrazları ilə ticarəti bərpa edib
Avropa bankları Rusiya istiqrazları ilə ticarəti bərpa edib18-08-2022, 22:44 |
ABŞ-dan sonra Avropa bankları da Rusiya istiqrazları ilə ticarəti bərpa edib. Belə maliyyə qurumları arasında UBS (İsveçrə), “Barclays” (Britaniya) və “Deutsche Bank”ın (Almaniya) olduğu bildirilib. “JPMorgan”, “Bank of America”, “Jefferies” və “Citigroup”un oxşar qərarının ardından Avropa bankları da müştərilərə Rusiya borclarını satmağa icazə verib. Rusiya istiqrazları ilə ticarət etmək istəyi ABŞ Maliyyə Nazirliyinin izahatından sonra yaranıb. Nazirlikdən bildirilib ki, ayrı-ayrı şəxslər tərəfindən açılan ticarət əməliyyatlarının bağlanması ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmayacaq. Şəffaflıq.az Geri qayıt |