Əsas Səhifə > XARİCİ XƏBƏR > İstanbul selə təslim oldu: Yollar gölə çevrildi, insanlar çətin durumda qaldılar

İstanbul selə təslim oldu: Yollar gölə çevrildi, insanlar çətin durumda qaldılar


15-08-2022, 14:53



Türkiyənin İstanbul şəhəri səhər saatlarından başlayaraq leysanın və daşqınların əsarətinə düşüb. Yolları, küçələri su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) təbii fəlakətlə bağlı sakinlərə xəbərdarlıq edib.

“İstanbulda güclü yağışın davam edəcəyi gözlənilir. Sel, şimşək, dolu, burulğan kimi hadisələrə qarşı tədbirli olmaq lazımdır”, - deyə məlumatda bildirilir.

Bundan başqa, ölkənin daha 17 vilayətinə leysan və daşqın xəbərdarlığı edilib.

Şəffaflıq.az


Geri qayıt