Əsas Səhifə > SON XƏBƏR > Bakıda dünyaya gələn beşəmlərin SON DURUMU açıqlandı

Bakıda dünyaya gələn beşəmlərin SON DURUMU açıqlandı


13-08-2022, 16:59



“11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan üçü həyatlarının birinci sutkasında, digər ikisi isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər”.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Dördü oğlan, biri qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib.

Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.

İnstitutda körpələrin bütün zəruri kliniki, laborator müayinələri aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr – 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.

Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

Şəffaflıq.az


Geri qayıt