Əsas Səhifə > RƏSMİ XƏBƏR > Misir mətbuatı: Prezident İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qətiyyətli cavab veriləcəyini bəyan edib

Misir mətbuatı: Prezident İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qətiyyətli cavab veriləcəyini bəyan edib


13-08-2022, 14:07


Misirin “Əl Əhram”, “Əl Nahar”, “Royah”, “Ahl Masr”, “Dar Əl Marif” və digər mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibənin əsas məqamlarını işıqlandırıb.

Şəffaflıq.az  digər agentliklərin xəbərlərinə istinadla dərc olunan materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atdığını və bu hərbi təxribat nəticəsində bir hərbçinin şəhid olduğunu bildirib. O əlavə edib ki, şəhidin qanının yerdə qalmadığını hər kəs gördü və Azərbaycan Ordusu dərhal “Qisas” əməliyyatı keçirərək qarşı tərəfi ciddi cəzalandırdı. Azərbaycanın dövlət başçısı vurğulayıb: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.



Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb.

 

Geri qayıt