Əsas Səhifə > XARİCİ XƏBƏR > Səudiyyəli diplomat konfransda çıxış edərkən öldü

Səudiyyəli diplomat konfransda çıxış edərkən öldü


10-08-2022, 13:07



Tanınmış səudiyyəli diplomat Məhəmməd əl-Qahtani Qahirədə (Misir) Ərəb-Afrika konfransında çıxış edərkən dünyasını dəyişib.

Əl-Qahtani çıxışı zamanı “Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kimin məqamı və dəyəri yoxdur”, - deyib, sonra isə huşunu itirərək yerə yıxılıb.

Tibb işçiləri ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, diplomatı xilas edə bilməyiblər. Onun ölümün səbəbi hələlik məlum deyil.

Səfirin vəfatı ilə əlaqədar tədbir ləğv edilib.

Şəffaflıq.az


Geri qayıt