Əsas Səhifə > Gündəm > Dövlət Xidməti: Azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb

Dövlət Xidməti: Azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb


10-08-2022, 13:00



Azad edilmiş ərazilərdə 42 abidə (30 pasport Şuşa üzrə) pasportlaşdırılıb.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Qeyd edilib ki, dəymiş zərərin qiymətləndirilməsi üçün abidələrin sənədləşdirilməsi xüsusi önəm daşıyır.

“Pasportlaşdırılan 42 abidə (30 pasport Şuşa üzrə) və 10 mühafizə zonası işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrə aiddir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” 2021-ci il 24 avqust tarixli 508s nömrəli Qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi monitorinqlər zamanı toplanılan məlumatlar əsasında daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq təsnifata uyğun olaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib”, - deyə bildirilib.

Şəffaflıq.az


Geri qayıt