Əsas Səhifə > XARİCİ XƏBƏR > İranın xarici işlər naziri və BMT-nin baş katibi arasında telefon danışığı olub
İranın xarici işlər naziri və BMT-nin baş katibi arasında telefon danışığı olub7-08-2022, 23:23 |
O, sanksiyaların ləğvi ilə bağlı danışıqlara münasibət bildirib: "Biz güclü və sabit razılığın əldə olunmasına ciddi yanaşırıq. İndi Vyanada danışıqlar ciddi şəkildə aparılır, baxmayaraq ki, bu məsələnin nəticəsi ABŞ-ın razılığından asılıdır. ABŞ praktikada lazımi çeviklik və realizm nümayiş etdirəcəkmi? Bizim güclü və davamlı razılaşma əldə etmək üçün ciddi və real iradəmiz var, bunu göstərmişik”. BMT-nin baş katibi dünyada nüvə silahlarının aradan qaldırılmasının zəruriliyini və Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyini vurğulayıb: "Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqları bizim üçün çox vacibdir və biz bu sazişin tərəfləri ilə əlaqə saxlayırıq. Biz bu mərhələdə daha çox kompromis və çevikliyi vurğulayırıq". O deyib ki, biz İranın nüvə proqramı üzrə işi bağlamağa çalışmaq istəyirik və bunu Avropa və Amerika tərəflərinə də çatdırmışıq. Geri qayıt |