Əsas Səhifə > SON XƏBƏR > Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edildi

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edildi


6-08-2022, 17:24



Bakıda YPX əməkdaşı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. 

Qanun pozuntusu nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb. 

Belə ki, yolun qarşı hərəkət zolağına çıxan 99-OM-800 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. Videogörüntülərdə avtomobili idarə edən sürücünün yol polisi əməkdaşı olduğu görülür.

Qəza şəraiti yaratdığı nəqliyyat vasitəsinin sürücüsünün ona “niyə qayda pozursan?” deyərək irad tutmasına “Yaxşı edirəm” cavabını verib.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli öz açıqlamasında bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Qeyd olunan şəxsin kimliyi müəyyən edilib. Onun əməlinə həm etdiyi qayda pozuntusu üzrə, həm də əlavə olaraq polis əməkdaşı olduğu nəzərə alınaraq, “İntizam nizamnaməsi”nin və “Etik davranış kodeksi”nin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək”.


Geri qayıt