Əsas Səhifə > Hadisə > FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü
FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü6-08-2022, 17:17 |
Ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, avqustun 5-i saat 12:00 radələrində Ələt-Astara yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi “Nissan” markalı maşını aşırıb. Avtomobilin içərisində olan sərnişinlərdən biri, sürücünün qardaşı arvadı, 1988-ci ilə təvəllüdlü A.Ağayeva hadisə yerində ölüb. Özü və qardaşı oğlu 2007-ci ilə təvəllüdlü Ə.Ağayev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, sürücü E.Ağayev Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Bölməsində çalışır. Geri qayıt |