Əsas Səhifə > SƏHİYYƏ > Tamara Nurəliyevaya yeni vəzifə verildi
Tamara Nurəliyevaya yeni vəzifə verildi2-08-2022, 18:55 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. TƏBİB-dən verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub. Tamara Nurəliyeva 14.07.1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb. 2008-2009-cu illərdə "A-Qroup Sığorta şirkəti" QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub. Geri qayıt |