Əsas Səhifə > Gündəm > Yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanıldılar
Yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanıldılar2-08-2022, 16:32 |
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunublar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb. Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir. Şəffaflıq.az Geri qayıt |