Əsas Səhifə > XARİCİ XƏBƏR > İranda daşqınlar davam edir: Bir çox küçələr, yollar sular altında qaldı

İranda daşqınlar davam edir: Bir çox küçələr, yollar sular altında qaldı


31-07-2022, 15:51



Ötən gün sel daşqınları İranın Rəfsəncan şəhərini də çənginə alıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, şəhərdə bir çox küçələr, yollar və avtomobillər bütövlükdə su altında qalıb.

Videonu çəkən xanım deyir ki, güclü sel nəticəsində yaşadıqları bina hər an çökə bilər. O, xilasetmə qüvvələrindən təxliyə üçün təcili yardım istəyir.

Şəffaflıq.az


Geri qayıt