Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyada klaviatura çatışmazlığı yaranıb
Rusiyada klaviatura çatışmazlığı yaranıb30-07-2022, 22:09 |
Rusiya ilə Ukrayna müharibəsi fonunda Rusiyada kompüter məhsullarının çatışmazlığı yaşanmağa başlanıb.Rəsmilərin fikrincə, rus klaviaturaları Rusiyada mövcud deyil və bu, hökumətin müqavilələrin icrasına, eləcə də texnologiyaya təsir göstərir. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən dünyanın gündəminə gələn Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bu yana Rusiya beynəlxalq ictimaiyyətin böyük reaksiyaları və sanksiyaları ilə üzləşib. Avtomobildən texnologiyaya qədər bir çox sahədə xidmət göstərən nəhəng şirkətlər Rusiyadan çıxmağa qərar veriblər. Rusiyaya qadağa qoyan şirkətlər arasında Apple, Microsoft, HP və Logitech kimi böyük texnologiya şirkətləri də var. Bu şirkətlər Rusiya bazarına məhsul tədarükünü dayandırıblar, məhz buna görə də, Rusiyada texnologiya sahəsində böyük problemlər yaşanır. Rusiya heç bir əmtəə nişanı olmayan məhsulları idxal edə bilmək üçün “paralel idxal” adlı plan tətbiq etməyə başlayıb. Bu yolla bəzi brendlər Rusiyada anonim şəkildə iş apara bilirlər. Təkcə texnologiyada deyil, digər bazarlarda da görünən bu problemin əsas səbəbi rus klaviaturasının olmamasıdır. Rus klaviaturası olmadığı üçün Rusiyada klaviatura çatışmazlığı var. Marvel Distribution şirkətinin noutbuklar və fərdi kompüterlər şöbəsinin rəhbəri Andrey Latışevin sözlərinə görə, ilin sonuna qədər Rusiyaya rus yazısı olmadan göndərilən noutbuk və klaviaturaların ümumi sayı 10 faizə çata bilər. Rus klaviaturalarının olmaması da bir çox dövlət müqavilələrinin icrasına təsir göstərir. Rus tədarükçüləri rus klaviaturalarını almaq üçün müxtəlif yollara cəhd edirlər, lakin hələlik dəqiq bir həll tapılmadığı deyilir. Xatırladaq ki, Rusiyaya qarşı ən böyük sanksiyalardan biri Google-dan gəlib və Rusiyanın BQ şirkətinin Android sertifikatı ləğv edilib. Bu vəziyyətə çarə axtaran şirkət HarmonyOS əməliyyat sistemindən istifadə etmək üçün işə başlayıb. Bundan əlavə, texnologiya nəhənglərindən olan Microsoft Rusiyada bütün yeni satışlarını dayandırdığını açıqlayıb. Şəffaflıq.az Geri qayıt |