Əsas Səhifə > Elm Təhsil > Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verilir

Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verilir


30-07-2022, 00:00


Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlanılır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Namizədlər 30 iyul saat 11:00-dan 2 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Onlar vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.


Geri qayıt