Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Dövlət Məşğulluq Xidməti cari il ərzində 22 rayonda Əmək Yarmarkası keçirib

Dövlət Məşğulluq Xidməti cari il ərzində 22 rayonda Əmək Yarmarkası keçirib


8-09-2019, 22:04


 

Şəffaflıq.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkası təşkil edib. May ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara  513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.

Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçılardan bir qismi istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib. Yarmarkaya gələn hər kəsə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumat verilib.

Qarşıdakı dövrdə də paytaxtda və bölgələrdə yarmarkaların keçirilməsi davam edəcək. Ümumilikdə isə ilin sonuna kimi ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.
Geri qayıt