Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukraynalıların 81%-i Aİ-yə, 71%-i NATO-ya qəbul olmağı dəstəkləyir

Ukraynalıların 81%-i Aİ-yə, 71%-i NATO-ya qəbul olmağı dəstəkləyir


29-07-2022, 15:29


Ukraynalılar ölkənin Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə müsbət yanaşır.

Şəffaflıq.az xəbər verir ki, bu, Kiyev Sosiologiya Beynəlxalq İnstitutunun keçirdiyi sorğuya əsasən məlum olub.

Respondentlərin 81%-i ölkədə referendum keçirilərsə, Aİ-yə qəbul olmağın “lehinə” səs verəcəklərini bildiriblər. 4% respondent bunun əleyhinə çıxış edib, qalan 15% səs verməyib.

Ukraynanın NATO-ya üzvlüyünə dəstək isə nisbətən daha azdır. Belə ki, respondentlərin 71%-i ölkənin NATO-ya üzvlüyünün “lehinə”, 7%-i “əleyhinə” səs verib. Sorğuda iştirak edənlərin 22%-i səs verməkdən imtina edib.


Geri qayıt