Əsas Səhifə > SON XƏBƏR > “Əbu-Bəkr” məscidinin adı dəyişdirilir
“Əbu-Bəkr” məscidinin adı dəyişdirilir29-07-2022, 15:50 |
Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib. Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid “Cümə məscidi” adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil. Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir. Geri qayıt |