Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Çini Rusiya neftini almaqdan çəkindirmək istəyir

ABŞ Çini Rusiya neftini almaqdan çəkindirmək istəyir


28-07-2022, 13:37



Respublikaçı Mark Rubionun başçılıq etdiyi bir qrup ABŞ senatoru Rusiya neftinin və mayeləşdirilmiş təbii qazın Çinə satışının qarşısını almaq üçün ABŞ hökumətinin təklif etdiyi qanun layihəsi hazırlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Bloomberg yazır. Rubio respublikaçı senatorlar Rik Skott və Kevin Kramer ilə birlikdə Rusiyadan Çinə neft və ya LNG daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı quruma qarşı cəzalar təklif edir. Onun fikrincə, Çin Rusiyanın enerji resurslarını almaqla faktiki olaraq Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyir.

"Bu səylərdə onlara kömək edən hər hansı bir təşkilat, o cümlədən Çin dövlət şirkətləri ağır nəticələrlə üzləşməlidir",- deyə o əlavə eidb.

Respublikaçıların təşəbbüsü indi Demokratlar Partiyasının nəzarətində olan Senatda açıq şəkildə müqavimətlə üzləşəcək.  Bu qanun layihəsi Ağ Evin Rusiyanın dünya bazarındakı həcmini deyil, neft və qaz gəlirlərini azaltmağa yönəlmiş siyasətinə ziddir.

Bloomberg qeyd edir ki, bu il Rusiyadan Çinə neft tədarükü artıb. Əgər onlar dayansalar, Çin Yaxın Şərq və Afrikadan neft almaq üçün Hindistan kimi digər böyük alıcılarla daha sərt rəqabət aparmağa məcbur olacaq. Bu, baha qiymətlərə səbəb ola bilər.

Böyük Yeddiliyin liderləri iyunun sonunda keçirilən sammit zamanı Rusiya neftinin qiymətini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, G7 ölkələri tərəfindən hazırlanmış Rusiya neftinin qiymətinin məhdudlaşdırılması mexanizmi onu iki dəfə ucuzlaşdıracaq.


Geri qayıt