Əsas Səhifə > XARİCİ XƏBƏR > BƏƏ-də fəlakət: Onlarla avtomobil sel altında qalıb

BƏƏ-də fəlakət: Onlarla avtomobil sel altında qalıb


28-07-2022, 13:17



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl Xayma və Füceyrə əmirliklərində leysan yağışlar nəticəsində yaranan daşqınlarda onlarla avtomobil köməksiz qalıb. Bir çox küçələri su basıb.

Seldə ölən və yaralananların olmadığı bildirilir. Xilasetmə qrupları seldə qalanlara kömək etmək üçün səfərbər ediliblər.

BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum Daxili İşlər Nazirliyinə daşqından zərər çəkmiş ərazilərə təcili yardım qruplarının göndərilməsi ilə bağlı təlimat verib.

Şəffaflıq.az


Geri qayıt