Əsas Səhifə > İdman > Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medalını qazanıb
Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medalını qazanıb27-07-2022, 22:03 |
Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb. Şəffaflıq.az-ın məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda niderlandlı Yuliya Berskensə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub. 52 kq çəki dərəcəsindəki Aydan Vəliyeva isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlməklə 3-cü yeri tutub. Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. Geri qayıt |