Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu:Axşam saatlarında normal istirahət edin.
Günün qoroskopu:Axşam saatlarında normal istirahət edin.27-07-2022, 00:14 |
Qoç - gün uğur və irəliləyiş vəd edir. Nikbin əhval-ruhiyyə müvəffəqiyyətlərin rəhnidir. Fikirləriniz dağınıq olmasın. Bütün diqqəti əsas hədəfə yönəldin. Buğa - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə, əsasən, enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir. Əkizlər - sayıq, ehtiyatlı olun. Ətrafınızda baş verən proseslərdən agah olun. Adət və ənənələrə xilaf çıxmayın. Planlarınızla məqsədləriniz barədə yaxşı tanımadığınız insanlara danışmayın. Təfsilatlar sirr qalmalıdır. Xərçəng - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz. Şir - günün ilk yarısından etibarən sərbəst, asudə çalışın. İndiyədək həll edə bilmədiyiniz problemlər, sizi təqib edən çətinliklər bir qədər səngiyəcək. Yarımçıq prosesin məntiqi sonluğunu görməyə can atın. Qız - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Tərəzi - günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişlidir. Yeni informasiya, biliklər və təcrübə əldə edəcəksiniz. Fəaliyyətinizdə müsbət emosiyalar olacaq. Əqrəb - uğurlarınız qarşınıza qoyduğunuz məqsədlərin ciddiliyindən asılıdır. Qətiyyətli olun, kiçik problemlərə aldanaraq ruhdan düşməyin. Maneələr və sədlər sizi yoldan sapdırmamalıdır. Oxatan - əqidənizə xəyanət etməyin. Prinsiplərinizi unudaraq ani gəlir vəd edən işlərə qatılmayın. Təcrübənizi və biliklərinizi yaradıcı şəkildə nümayiş etdirin. Yeni layihə çərçivəsində müstəqil çalışın. Kənardan yardım gözləməyin. Oğlaq - mövcud situasiyaya bir qədər fərqli baxın. Problemlər məngənəsində olduğunuzu düşünüb bədbinliyə qapılmayın. Çətinliklərin həlli prosesində alternativ vasitələri sınayın. Dolça - uğurlu, asan və rahat gündür. Gücünüz artacaq, özünüzü daha potensiallı hiss edəcəksiniz. Qarşılaşdığınız problemləri çözə biləcəksiniz. Texniki avadanlıq, yaxud vasitələrinizdən birini yeniləyə bilərsiniz. Balıqlar - günün ilk yarısından hadisələr sürətlənəcək. Cari işləri diqqətlə yerinə yetirsəniz, xeyli irəliləyə bilərsiniz. Bununla yanaşı, məntiqli davranın. Soyuqqanlı olun. Geri qayıt |