Əsas Səhifə > REGİON > "Gürcüstan-Rusiya danışıqlarında yeni formatdan danışmaq tezdir” - Giorgi Qaxaria
"Gürcüstan-Rusiya danışıqlarında yeni formatdan danışmaq tezdir” - Giorgi Qaxaria8-09-2019, 13:41 |
“Gürcüstan-Rusiya danışıqlarında yeni formatdan danışmaq üçün hələ tezdir”. Şəffaflıq.az xəbər verir ki, bunu Gürcüstanın Baş Nazir postuna namizədi Giorgi Qaxaria parlamentə keçirilən bugünkü fraksiya dinləməsi zamanı deyib. O bildirib ki, bugünkü formatların bütün imkanları tükənmədən yeni formatlar axtarmaq doğru deyil. G. Qaxaria deyib ki, hökumət ilk növbədə indiki formatların imkanlarını maksimum dərəcədə artırmağa çalışmalıdır. “Rusiya Federasiyası ilə bugünkü formatların - istər Cenevrə olsun, istər Abaşidze - Karasin - bütün imkanlar tükənənə qədər, digər yeni formatlar haqqında danışmaq üçün hələ çox tezdir. Birinci, bu formatları mümkün qədər effektiv etməliyik. Osetiyalı və abxaziyalı həmkarlarımızla birbaşa əlaqələrə gəlincə, təbii ki, xalq diplomatiyası ilə əlaqəli hər şeyi maksimum dərəcədə aktivləşdirməliyik. Nəticələrini daha da təsirli etmək üçün müvafiq qurumlar səmərəli çalışırlar. Unutmamalıyıq ki, bu gün işğal olunmuş ərazilərimiz üzərində effektiv nəzarəti həyata keçirmirik və təhlükəsizlik baxımından ikitərəfli münasibətlər, müxtəlif istiqamətlərdəki yaxın əlaqələr haqqında danışarkən bunu da nəzərə almalıyıq", - deyə G. Qaxaria bildirib. Dinləmədə iştirak edən "Vətənpərvərlər Alyansı"nın üzvü Ada Marşaniya isə Baş Nazir postuna namizədə cavabında bildirib ki, abxaziyalı və osetiyalılarla birbaşa dialoq Moskvanın dəstəyi olmadan mümkün deyil. Qeyd edək ki, sabah Gürcüstan parlamentinin plenar sessiyasında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi yeni nazirlər kabinetinin tərkibi etimad səsverməsinə çıxarılacaq./apa/ Geri qayıt |