Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanda sənaye istehsalının həcmi 42 milyard manatı ötüb

Azərbaycanda sənaye istehsalının həcmi 42 milyard manatı ötüb


26-07-2022, 13:26


2022-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,1 faiz artaraq 42,2 milyard manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 11,5 faiz artıb. Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma,

20,4 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olub. Ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Şəffaflıq.az


Geri qayıt