Əsas Səhifə > SON XƏBƏR > Qəzaya düşən yük maşınının sürücüsü möcüzə nəticəsində sağ qaldı

Qəzaya düşən yük maşınının sürücüsü möcüzə nəticəsində sağ qaldı


26-07-2022, 13:00


Hacıqabul-Muğan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, qarpız-yemiş daşıyan "Ford" markalı yük avtomobili qəzaya uğrayıb

Qəza zamanı tamamilə yararsız vəziyyətə düşən maşının sürücüsü nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Hadisə şahidləri sürücünü avtomobildən xilas etməyə çalışıblar.

Şəffaflıq.az


Geri qayıt