Əsas Səhifə > Dünya > Elektromobillərin şarjı robotlara həvalə edildi
Elektromobillərin şarjı robotlara həvalə edildi23-07-2022, 12:57 |
Avtomobil istehsalçısı “Ford” Almaniyada elektrikli avtomobillər üçün robot enerji doldurma cihazlarını sınaqdan keçirməyə başlayıb. Şirkət sürücünün iştirakı olmadan avtomobilə xidmət göstərmək üçün nəzərdə tutulmuş “Pro Charging” doldurma stansiyasını təqdim edib. Avtomobili şarj etmək üçün onun sahibi stansiyanın yaxınlığında park etməli və proqramdan istifadə edərək robota zəng vurmalıdır. Cihaz avtomobilin mövqeyini aşkar edəcək və şarj interfeysinə qoşulacaq. “Ford” nümayəndələri izah ediblər ki, avtomobili enerji ilə doldurmaq üçün sahibi salonu tərk etməli deyil. Şirkət onu da vurğulayıb ki, robota bu və ya digər səbəbdən avtomobildən düşə bilməyən istifadəçilər - məsələn, əlillər də etibar edə bilərlər. Şəffaflıq.az Geri qayıt |