Əsas Səhifə > ƏSAS XƏBƏR / MANŞET / KARUSEL > YAP Şamaxı rayon təşkilatı tərəfindən 22 iyul 2022-ci il tarixdə Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirilmişdir
YAP Şamaxı rayon təşkilatı tərəfindən 22 iyul 2022-ci il tarixdə Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirilmişdir22-07-2022, 23:53 |
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq bildirdi ki, məlum olduğu kimi hər il Azərbaycanda 22 iyul Milli Mətbuat və Jurnalistka günüdür. Azərbaycan mətbuatının da böyük tarixi vardır. Bu tarixin bünövrəsi böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də Əkinçi qəzetinin ilk nəşri ilə qoyulmuşdur. Azad mətbuatın olduğu ölkələrdə təbii ki, demokratik mühit yaranır. Biz bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan azad mətbuat olan ölkələrin sırasındadır. Respublikamızda 5 mindən artıq müxtəlif kütləvi informasiya vasitələri- qəzet, jurnal, informasiya agentlikləri və teleradio şirkətləri dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün istiqamətlərdə, o cümlədən mətbuat və söz azadlığı sahəsində inkişafın yeni mərhələsinə başlandı. Həmin dövrdə ən mühüm addım mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu gün demokratiyadan dəm vuran AXCP və Müsavat cütlüyünün mətbuata gətirmiş olduğu senzura məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən götürülmüşdür. Möhtərəm cənab Prezidentimiz İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisidir. Buna misal kimi Cənab Prezidentimizin müvafiq sərəncamına uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmasını göstərmək olar. Sonra tədbirdə media işçiləri Könül Məmmədova, Vahid İsmaylov və Rəşad Aydın dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısının mediya əməkdaşlarından da yan keçməməsindən bəhs etdilər və buna görə Cənab Prezidentə bir daha öz minnətdarlıqlarını bildirdilər. Sonda bir neçə media nümayəndələri Məmmədova Könül Tarıx qızı, Rəşad Aydın Bəylər oğlu, Novruzov İlqar İbrahim oğlu, İsmayılov Vahid Yusif oğlu və Mirzəzadə Cavanşir Seyfəddin oğlu YAP Şamaxı rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar. Daha sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər. Şəffaflıq.az Geri qayıt |