Əsas Səhifə > İnfrastruktur > Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb
Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb21-07-2022, 11:09 |
Bu gün saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir. Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Şəffaflıq.az Geri qayıt |