Əsas Səhifə > Hadisə > Bakıda dənizdə boğulmuş bacılardan ikincisinin meyiti batdığı yerdən 11 km aralıda tapılıb

Bakıda dənizdə boğulmuş bacılardan ikincisinin meyiti batdığı yerdən 11 km aralıda tapılıb


21-07-2022, 11:07


Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysun Asəf qızı Abdulzadənin cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarıç qrupu tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Aysel və Aysun Abdullayeva bacıları iyulun 20-də Xəzər dənizində batıb. Böyük bacı Ayselin meyiti dənizdən çıxarılmışdı.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

Şəffaflıq.az


Geri qayıt