Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusa yoluxma artır: Qapanma olacaq?
Türkiyədə koronavirusa yoluxma artır: Qapanma olacaq?20-07-2022, 07:27 |
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusa yoluxanların sayının getdikcə artdığına diqqət çəkib. Jurnalistlərin koronavirusa yoluxma ilə bağlı suallarını cavablandıran Qoca diqqətli olmağın vacibliyini vurğulayıb: “Avropadakı dalğanı biz dörd-beş həftə əvvəl görməyə başladıq. Hazırda Almaniya, İtaliya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrində gündəlik yoluxmaların sayı yüz mini keçir. Biz də yoluxma sayının artmasını müşahidə edirik. Xəstəlik sayının artması ilə xəstəxana yükü eyni sürətlə artmır. Xəstəliklərin sayının artması indi gündə 40 dəfəyə qədərdir. Xəstəxana yükü isə indi üç dəfə artıb. Bu mənada rahatlıqla deyə bilərik ki, bizim ciddi xəstəxana yükümüz yoxdur. Reanimasiya şöbələrində bu artımların əhəmiyyətli və ciddi olmadığını görürük”. Türkiyəli nazir vətəndaşları insanların sıx toplaşdıqları yerlərdə tibbi maska taxmağa çağırıb. “Koronavirusla yaşamağı artıq öyrənmişik. COVID qurtarmayacaq. Bunu qrip xəstəliyi kimi sayın. Onsuz da son zamanlarda simptomları da qripə bənzəyir”, - deyən Qoca yanaşı xəstəlikləri olanları diqqətli olmağa çağırıb. Türkiyə səhiyyə naziri qeyd edib ki, qapanma və oxşar vəziyyətlər olmayacaq: “Peyvəndimiz var, dərmanımız var, tədbirlər görməyə davam edək”. Şəffaflıq.az Geri qayıt |