Əsas Səhifə > Maraqlı > Gün ərzində altı qramdan artıq istifadə ETMƏYİN
Gün ərzində altı qramdan artıq istifadə ETMƏYİN8-09-2019, 13:12 |
Duzun normal miqdarda istifadəsinin insanın ürək-damar sisteminə mənfi təsiri cüzidir. Xarici KİV xəbər verir ki, bu barədə Avropa Kardioloqlar Cəmiyyətinin hesabatında deyilir. "Tədqiqatımızın nəticələri duzdan istifadə ilə ürək-damar xəstəlikləri və ya ölüm arasında əlaqəni öyrənən elmi işlərin əksəriyyətinə uyğundur. Tədqiqatlar hətta az miqdarda duzun da zərərli olması barədə geniş yayılan mənfi mifi təsdiqləmir”, - deyə Kanadanın McMaster universitetinin professoru Səlim Yusif bildirib. Onun sözlərinə görə, gün ərzində yalnız altı qramdan artıq duzun istifadəsi səhhətə mənfi təsir göstərə bilər. Səlim Yusif, həmçinin ürək-damar xəstəliklərinə müsbət təsir göstərən faydalı maddələrin təkcə meyvələrdə deyil, həm də çərəzlərdə, süd məhsullarında və qırmızı ətdə də mövcud olduğunu qeyd edib. \\Medicina.az Geri qayıt |