Əsas Səhifə > Manşet / Siyasət > Astana üçlüyünün görüşü başlayıb.

Astana üçlüyünün görüşü başlayıb.


19-07-2022, 22:13


Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.

Şəffaflıq.azTASS-a istinadən xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.


Geri qayıt