Əsas Səhifə > XARİCİ XƏBƏR > Bolqarıstanda yeni hökuməti sosialistlər quracaq

Bolqarıstanda yeni hökuməti sosialistlər quracaq


19-07-2022, 06:44



Bolqarıstanda baş nazir Kiril Petkovun hökuməti istefaya getdikdən sonra prezident Rumen Radev hökumətin qurulmasını Bolqarıstan Sosialist Partiyasına (BSP) tapşırıb.

Partiyanın parlament qrupunun sədri Georgi Svilenski bu vəzifəni öz üzərinə götürüb.

Qeyd edək ki, BSP 240 nəfərlik ölkə parlamentdə 26 nəfərlik qrupu ilə 4-cü yerdədir və ənənəvi olaraq rusiyayönümlü siyasət aparır.

Baş nazir Kiril Petkovun dördtərəfli koalisiya hökumətinin ortağı olan BSP-nin lideri Korneliya Ninova istefa verən hökumətin digər koalisiya üzvləri ilə danışıqlar aparacağını açıqlayıb.

Qeyd edək ki, populyar şoumen Slavi Trifonovun “Belə bir xalq var” partiyası cəmi altı ay hakimiyyətdə olan Kiril Petkov kabinetini tərk etdikdən sonra koalisiya hökuməti istefa verib.

BSP yeddi gün ərzində hökumət qurmaq cəhdlərində uğursuzluğa düçar olarsa, prezident Rumen Radev parlamenti buraxaraq növbədənkənar seçkilərin tarixini elan etdikdən sonra ölkəni seçkiyə qədər idarə edəcək müvəqqəti hökumət quracaq.

Xatırladaq ki, təkrarlanan siyasi böhranlar içində olan Bolqarıstanda keçən il üç belə seçki keçirilib.

Şəffaflıq.az


Geri qayıt