Əsas Səhifə > XARİCİ XƏBƏR > Hindistanda prezident seçkiləri başlayıb
Hindistanda prezident seçkiləri başlayıb18-07-2022, 13:42 |
Hindistanda deputatlar ölkənin 15-ci prezidentinin seçilməsi üçün səsverməyə başlayıblar. Ölkənin 14-cü prezidenti Ram Nat Kovindin səlahiyyət müddəti iyulun 24-də başa çatdığından, varisin kim olacağına parlamentdəki səsvermədə qərar verilir. NDA partiyasının namizədi Draupadi Murmu ilə müxalifət namizədi, veteran siyasətçi Yaşvant Sinha arasında prezidentlik uğrunda mübarizə gedir. Təxminən 4896 şura üzvünün səs verəcəyi seçkinin nəticələrinin iyulun 21-də açıqlanması gözlənilir. Hindistanda prezident birbaşa xalq tərəfindən deyil, parlament və ştatın qanunverici orqanlarının üzvlərindən ibarət seçki dairəsi tərəfindən seçilir. Ölkədə prezidentin mövqeyi əsasən simvolik xarakter daşıyır, lakin ümummilli seçkilər aydın və qəti nəticələr vermədiyi təqdirdə hökuməti kimin və ya kimlərin formalaşdıracağına qərar verməkdə prezident həlledici rol oynayır. Şəffaflıq.az Geri qayıt |