Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniya maska rejiminə qayıdacaq
Almaniya maska rejiminə qayıdacaq18-07-2022, 13:35 |
Almaniyanın ədliyyə naziri Marko Buşman koronavirusun yeni dalğasına hazırlanmaq üçün qapalı və ictimai yerlərdə maska taxmağın tezliklə məcburi olacağını açıqlayıb. Onun sözlərinə görə, karantin və komendant saatı kimi tədbirlər geri qaytarılmayacaq. Buşman hökumətin payız və qış aylarında yoluxmanın artmasına hazırlaşdığını bildirib. Hazırda ictimai nəqliyyatda maska tələbi ilə bağlı işlədiklərini vurğulayan almaniyalı rəsmi əlavə edib ki, pandemiyanın üçüncü ilində komendant saatı və məktəblərin bağlanması kimi tədbirlər məqsədəuyğun deyil. Şəffaflıq.az Geri qayıt |