Əsas Səhifə > XARİCİ XƏBƏR > "Dünyanın ən varlı adamlarının siyahısından kənarda qalacağam"
"Dünyanın ən varlı adamlarının siyahısından kənarda qalacağam"17-07-2022, 08:38 |
“Microsoft”un qurucusu Bill Qeyts sərvətinin demək olar ki, hamısını keçmiş həyat yoldaşı Melinda Bill və Melinda Gates Fondu ilə birgə təsis etdiyi xeyriyyə fonduna verəcəyini açıqlayıb.Şəffaflıq.az xəbər verir ki, bu barədə milyarder sosial şəbəkə hesabında yazıb. "Mən sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Belə olan halda mən siyahıda aşağıya hərəkət edəcəyəm və nəhayət, dünyanın ən varlı adamları siyahısından çıxacağam", - deyə Qeyts bildirib. “Microsoft”un yaradıcısı vurğulayıb ki, son bir neçə il ərzində dünya bir neçə dəhşətli sarsıntı keçirib, o cümlədən pandemiya və Ukraynadakı müharibə “bir çox insanı ruhdan salıb və dünyanın daha da pisləşəcəyini düşünməyə vadar edib". "Lakin mən optimistəm" deyən Qeyts etiraf edib ki, zərəri azaltmaq və dünyanın əldə etdiyi tərəqqiyə qayıtmaq mümkündür. Xatırladaq ki, 2000-ci ildə Geyts və həyat yoldaşı Melinda hər il xeyriyyə işlərinə 6 milyard dollar bağışlayan bir fond yaratmışdılar. "Zamanımızın böyük böhranları hamımızdan daha çox şey tələb edir" deyən milyarder vurğulayıb ki, indi fond hər il 9 milyard dollar verəcək. Qeyd edək ki, yaxın aylarda Microsoft-un təsisçisi fonda 20 milyard dollar köçürmək niyyətindədir. "Mən öz resurslarımı cəmiyyətin çətinliklərinin azaldılmasına və həyatı yaxşılaşdırmağa ən çox təsir edəcək üsullarla verməyə borcluyam. Və ümid edirəm ki, çox zəngin və imtiyazlı vəzifələrdə olan digər insanlar da belə bir vəziyyətdə doğru bir addım atacaqlar" deyə o əlavə edib. Xatırladaq ki, hazırda sahibkarın sərvəti 129 milyard dollar olaraq qiymətləndirilir. O, “Forbes”-in versiyasına görə dünyanın ən varlı adamları reytinqində dördüncü yerdədir. Bloomberg isə Qeytsin sərvətini 114 milyard dollar qiymətləndirir. Geri qayıt |