Əsas Səhifə > Dünya > Haaqa Məhkəməsi Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıya bilər

Haaqa Məhkəməsi Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıya bilər


17-07-2022, 08:22



Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi payızda Rusiyanın Ukraynada soyqırım törətməsi il bağlı cinayət işi aça bilər.

Bu barədə Ukraynanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib:

“Bu o deməkdir ki, Rusiya Federasiyasının qərardan etiraz üçün üç ay vaxtı var. Bundan sonra məhkəmə işi mahiyyəti üzrə həll etməyə davam edə bilər”.

A.Korineviç əlavə edib ki, Ukrayna Rusiyanı bir dövlət kimi, eləcə də konkret şəxsləri məsuliyyətə cəlb edə bilər.

Şəffaflıq.az


Geri qayıt