Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyə Prezidenti R.T.Ərdoğan İrana səfərə yollanır

Türkiyə Prezidenti R.T.Ərdoğan İrana səfərə yollanır


16-07-2022, 19:16



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək.

Elə həmin gün Türkiyə Prezidenti Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Prezidentlərin görüşündə müştərək ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.

Danışıqlarda həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunacaq.

İki ölkəni maraqlandıran təhlükəsizlik məsələlərində həmrəyliyin artırılması istiqamətində atılan addımlar da müzakirə olunacaq.

Şəffaflıq.az


Geri qayıt