Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu:Birgə gəzintiyə və ya əyləncəyə yollanmaq olar.
Günün qoroskopu:Birgə gəzintiyə və ya əyləncəyə yollanmaq olar.16-07-2022, 00:11 |
Qoç - günün ilk yarısından ailə işləri və məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz. Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz. Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq. Əkizlər - səhər saatlarından etibarən aktiv işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur. Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının yardımlarına bel bağlamayın. Müstəqil davranın. Xərçəng - ciddi problemləriniz yarana bilər, elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır. Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr bağlamaq məsləhət görülmür. Şir - əvvəlcədən hazırladığınız plana riayət edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız, işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə, tet-a-tet müzakirə edin. Qız - günün emosional fonu yaxşı deyil. Siz vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana bilər. Tərəzi - günün ilk yarısından etibarən cari məsələlərin həlli ilə məşğul olun. Rutin məqamlar sizi usandırmamalı, yoldan döndərməməlidir. Enerji və qüvvənizi ikinci dərəcəli məsələlərə sərf etməyin. Bütün diqqəti əsas işə yönəldin. Əqrəb - günün ilk yarısından etibarən maraqlı, hadisələrlə zəngin gün olacaq. Ötənlərin təcrübəsi karınıza gələcək. Peşəkar bacarıqlarınızdan və yaradıcı potensialınızdan istifadə edin. Oxatan - Məhsuldar gündür, istənilən problemin həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi düşüncəniz də bu gün "axsamır". İşdə uğurlar gözlənilir, biznesinizi genişləndirə bilərsiniz. Oğlaq - məhdudiyyət və yasaqların gücünü hiss edəcəksiniz. İstəklərinizlə arzularınız sizi illüziyalar aləminə aparmamalıdır. Situasiyaya uyğunlaşın, şəraiti real dəyərləndirin. Həmkarlarınız və şəriklərinizin davranışlarına fikir verin. Dolça - günün ilk yarısında problemlərin və maneələrin sayı artacaq. Fəaliyyət planını müstəqil təyin edin. Çətinliklərin həllində yaralıcı təxəyyülü işə salın. Rutin məsələlərin çözülməsindən yayınmayın. Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bir qədər də iradəli və qətiyyətli olun. Karyeranızda önəmli rol oynayan insanla münasibətləri kəskinləşdirməyin. Soyuqqanlı davranın. Geri qayıt |