Əsas Səhifə > SON XƏBƏR > Türkiyəli mütəxəssis azərbaycanlı hakimlərə sədr təyin olundu
Türkiyəli mütəxəssis azərbaycanlı hakimlərə sədr təyin olundu15-07-2022, 17:26 |
AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Şəffaflıq.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub: 1. Türkiyəli mütəxəssis Barış Şimşək 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun. 2. Samir Əliyev bir seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun. 3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın. 4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun. Geri qayıt |