Əsas Səhifə > REGİON / SON XƏBƏR > Şamaxıda Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib - FOTO
Şamaxıda Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib - FOTO15-07-2022, 13:38 |
Şamaxıda Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummmili Liderin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Heydər Əliyev və Azərbaycan diplomatiyasından bəhs edib. Sübhan Talıblı vurğulayıb ki, “Ümumilli lider Heydər Əliyev Azərbaycan xarici siyasətinin konseptual əsaslarını müəyyənləşdirmişdir. Onun diplomatiyası Azərbaycanın dünya miqyasında tanıdılmasına, milli mənafelərin müdafiəsinə xidmət etmişdir. Məhz həmin diplomatiya və onun uğurlu davamçısı sayəsində, bugün Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Eyni zamanda, Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsi Prezident Heydər Əliyevin xarici siyasət konsepsiyasında mühüm yer tutmuşdur.” AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Azərbaycan dövlətinin memarı və qurucu lideri Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən bəhs edib. Azərbaycanın müstəqilliyinin əsas təməllərinin məhz Naxçıvanda atıldığını deyib, bu möhtəşəm fəaliyyəti Azərbaycanı Azərbaycana qaytarmaq missiyası adlandırıb. O həmçinin, “Ulu öndərin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb olduğunu” vurğulayıb. AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdürü, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli Azərbaycançılığın ümummilli ideologiya səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışıb, Azərbaycançılıq ideologiyasının birləşdirici xüsusiyyətlərindən bəhs edib. O qeyd edib ki, “Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq məfkurəsi mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı, o, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.” Türkiyə Anadolu Birləşdirici və Sənayeçi iş adamları dərnəyinin və 1453 Kral media xəbər agentliyinin Azərbaycan sədri, jurnalist, politoloq Ülkər Piriyeva Heydər Əliyev fenomeninin Türkiyə mediasında işıqlandırılmasından söz açıb. O, Türkiyə mediasında Heydər Əliyevin hakimiyyəti dövründən 2001-ci ilə qədər Azərbaycanın xarici siyasətindən bəhs edən dönəmin geniş şəkildə nəzərə çatdırıldığını vurğulayıb. Bildirib ki, “Ulu Öndər Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dünyada bənzəri olmayan qardaşlıq hüququna bağlamışdır. Geri qayıt |