Əsas Səhifə > XARİCİ XƏBƏR > Yapon valyutası son 24 ilin ən aşağı səviyyəsinə düşdü

Yapon valyutası son 24 ilin ən aşağı səviyyəsinə düşdü


15-07-2022, 11:45



Tokiodakı ticarət sessiyasının gedişində Yaponiyanın milli valyutası olan yen dollar qarşısında 1998-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Belə ki, gün ərzində 1 dollar üçün 139,09 - 139,11 yen təklif olunub.

Analitiklərin fikrincə, buna ABŞ-da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% bahalaşan və gözləntiləri üstələyən istehlak qiymətləri indeksinin dərc olunması şərait yaradıb.

Belə ki, mövcud vəziyyət investorların ABŞ və Yaponiya tənzimləyicilərinin uçot dərəcəsi siyasətilə bağlı narahatlıqlarını artırıb.

Şəffaflıq.az


Geri qayıt