Əsas Səhifə > XARİCİ XƏBƏR > Britaniyada baş nazir seçkilərinin ilk mərhələsi keçirilib
Britaniyada baş nazir seçkilərinin ilk mərhələsi keçirilib14-07-2022, 13:05 |
İngiltərədə Mühafizəkarlar Partiyasında yeni lider və baş nazirin seçilməsi üçün səsvermənin birinci turu başa çatıb. Səkkiz namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordont 67, xarici işlər naziri Liz Trass 50 səs toplayıb. İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən iki iddialı baş nazirlik yarışı ilə vidalaşıb. İkinci səsvermə sabah keçiriləcək. Son iki namizədin iyulun 21-nə kimi müəyyən ediləcək. Mühafizəkarlar Partiyasının yeni lideri və baş nazirin adı sentyabrın 5-də açıqlanacaq. Boris Conson yeni hökumət başçısının adı açıqlanana qədər baş nazir vəzifəsində qalacaq. Şəffaflıq.az Geri qayıt |