Əsas Səhifə > Dünya > Biz hətta o müqavilədən çıxmağı düşünürdük – İran rəsmisi

Biz hətta o müqavilədən çıxmağı düşünürdük – İran rəsmisi


7-09-2019, 23:03

 


ABŞ-ın İranla nüvə sazişindən çıxmasından və Tehrana qarşı sanksiyaların bərpasından sonra biz Nüvə Silahının Yayılmasının Qarşısının Alınmasına dair Müqavilədən çıxmağı düşünürdük.

Bunu İranın Beynəlxalq Atom Enerjisi Təşkilatındakı nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.

O qeyd edib ki, ABŞ-ın məlum qərarından sonra İran Prezidentinə və Ali Milli Təhlükəsizlik Şurasına müxtəlif cavab tədbirlərinin siyahısı təqdim edilib. “İlkin vərəqdə bir çox variant var idi, hətta Nüvə Silahının Yayılmasının Qarşısının Alınmasına dair Müqavilədən çıxmaq məsələsinə də baxdıq. Ancaq sonra bu məsələni yenidən nəzərdən keçirdik”, – deyə İran nümayəndəsi “Fars” agentliyinə bildirib. \\Teleqraf
Geri qayıt